Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev İspik kənd inzibati ərazi dairəsi üzrəvətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib.
Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə Rayon rəhbəri tərəfindən aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib. Səyyar qəbuldan öncə Rayon İcra Hakimiyyətinin başçısı artıq yenidənqurma və asfaltlanma işləri başa çatmaq üzrə olan Quba - İspik yolunda görülən işlərlə tanış olub, aidiyyəti şəxslərə müvafiq tapşırıqlarını verib.