QUBA BELÇİKALI FOTOQRAFLARIN GÖZÜ İLƏ

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Belçikalı fotoqraflar Juli Böfis, Frank Döpev və Yunisksi Fahardonun Quba

rayonuna səfər ediblər. Səfərin məqsədi Azərbaycanda məskunlaşan yəhudi icmasına həsr olunmuş fotosərginin Bürüsseldə təşkil edilməsidir. Səfər çərçivəsində Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev qonaqlarla görüş keçirib. Görüşdə Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, belçikalı fotoqraflarlar, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və DQİDK-nin Quba bölgəsi üzrə şöbəsinin müdiri iştirak edib. Rayon rəhbəri belçikalı qonaqlara rayonun tarixi,mədəniyyəti,son dövrlərdə keçdiyi inkişaf yolu,burada yaşayan azsaylı xalqlar və Qubadakı tolerantlıq mühiti barədə ətraflı bilgi verilib. Ziyəddin Əliyev son dövrlər respublikamızın digər bölgələrində olduğu kimi,şimal regionunda, xüsusən də Quba rayonunda həyata keçirilən sosial layihələr, yeni yol-infrastruktur, tikinti quruculuq layihələri barədə danışıb. Qeyd olunub ki, turizm-sahibkarlıq sahəsindəki nailiyyətlərin nəticəsidir ki,hazırda Quba yerli və xarici turistlərin ən çox maraq göstərdiyi məkanlardandır. Belçikalı qonaqlar  səmimi münasibətə və qonaqpərvərliyə görə rayon rəhbərinə təşəkkürlərini bildiriblər.  Görüşdən sonra qonaqlar Dağ yəhudilərinin kompakt şəkildə məskunlaşdığı Qırmızı Qəsəbə, buradakı sinaqoqlar və Ümumdünya Dağ Yəhudilərinin Tarix-Etnoqrafiya Muzeyini ziyarət ediblər.