QUBA “CƏNNƏT BAĞI”NDA QARLI İSTİRAHƏT

Qışın yaraşığı olan qarı təssüf ki, ölkəmizin hər bölgəsində görmək mümükün deyil. Başda paytaxtımız olmaqla, bir sıra bölgələrimizdə qar ildə 1 dəfə və ya heç yağmır. Böyük şəhərlərimizdə günlərinin çoxunu betonlar arasında, qapalı məkanlarda keçirmək məcburiyyətində qalan insanlar həmişə qara həsrət qalırlar.

Qarın, qışın gözəlliyini şəkillərdən və videolardan izləyirlər. Qarın, şaxtalı havada meşədə, təbiət qoynunda gəzməyin, təmiz havada zaman keçirməyin ləzzətini yaşaya bilmirlər. Xüsusən də uşaqların sağlamlığı üçün ən vacib amillərdən biri olan təmiz hava problemi yaranır. Bu da böyük şəhərlərdə doğulub, böyüyən uşaqların tez-tez xəstələnməsinə səbəb olur. Amma bütün bu olumsuzluqlardan qurtarmağın yolu öz əlimizdədir. Bakıdan cəmi 2.5 saat uzaqlıqda yerləşən ölkəmizin cənnət məkanlarından olan Quba şəhəri və burda sizlərin daim xidmətinizdə olan “Cənnət bağı” ailəvi istirahət mərkəzində siz həm çox gözəl istirahər edə, həm də qarın,qışın keyfini yaşaya bilərsiz. Şaxtalı və qarlı havada yürüyüşə çıxa bilər, meşələrin səsizliyində xəyallara dalar, sevdiyiniz insanlarla unudulmaz dəqiqələr yaşaya bilərsiz. Bu məkanda uşaqlarınızın açıq havada gözəl zaman keçirməsi üçün bir çox yerlər var. Balacalar üçün hazırlanan bir neçə oyun meydançası, atraksiyon sahəsi, onların həm qarla oynamalarına, açıq havada macəralı zaman keçirmələrinə şərait yaradır. Bir sözlə su kimi axan zamanınızı, istirahət saatlarınızı gözəl, unudulmaz və sağlam dəyərləndirmək istəyirsinizsə, “Cənnət bağını” seçməyiniz kifayət edir.