Quba Rayon İcra Hakimiyyəti başçısının Quba şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 2019-cu ilin yekunlarına dair hesabat yığıncağı keçirilib.
Quba Rayon İcra Hakimiyyəti başçısının Quba şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 2019-cu ilin yekunlarına dair hesabat yığıncağında məruzəçi Faiq Şəfiyev bildirib ki,nümayəndəlik Quba şəhəri və Əsgi-İqriq kəndini əhatə edir.Hesabat dövründə sosial-iqtisadi inkişafın sürətləndirilməsinə, tikinti-quruculuq,abadlıq işlərinin genişləndirilməsinə,əhalinin sosial rifahının, yaşam vəziyyətinin yaxşılaşdırılmasına xüsusi önəm verilib. Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev hesabat yığıncağında çıxış edərək vurğulayıb ki,son 1 il ərzində şəhərin bir çox küçələrində əsaslı təmir,asvaltlama işləri görülüb.2,7 km uzunluğunda olan Molla Pənah Vaqif küçəsi yenidən qurularaq qubalıların və şəhərin qonaqlarının istifadəsinə verilib.1994-cü oldə salınan Dəvədabanı yaşayış massivində 650 fərdi evə təbii qaz çəkilib.1970-ci ildən fəaliyyət göstərən 110 kilovatlıq Quba yarımstansiyası yenidənqurulub.Rayonun ən böyük layihələrindən olan Yeni Quba yaşayış kompleksində tikinti işləri uğurla davam etdirilib.Həmçinin də Quba şəhərində istismar müddəti başa çatmış mənzillərin sakinləri üçün inşa olunan 48 mənzilli yaşayış binasının tikintisi başa çatmaq üzrədir.2019-cu ilin noyabrında daha bir istirahət-əyləncə mərkəzi-28 may parkı istifadəyə verilib. Hesabat yığıncağında çıxış edən şəhər sakinləri 2019-cu il ərzində Quba şəhərində görülən işləri yüksək qiymətləndiriblər.2020-ci ildə qarşıda duran vəzifələrdən ətraflı bəhs ediblər.