QUBA ŞƏHƏRİNDƏ ABADLIQ-QURUCULUQ İŞLƏRİ GÖRÜLÜR

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə regionlarda reallaşdırılan ən vacib işlərdən biri də müxtəlif sahələr üzrə müasir infrastrukturun yaradılması, infrastruktur layihələrinin icra

edilməsi, həmçinin geniş miqyaslı tikinti-quruculuq və abadlıq işlərinin aparılmasıdır.

Bu qəbildən olan tədbirlər çərçivəsində ötən dövrdə Quba şəhərinin bir sıra küçələri yenidən qurulub, əsaslı və ya cari təmir olunmuşdur. Təmir işləri aparılmış Fətəli xan, Memar Əcəmi, Ərdəbil, Qələbə və digər küçələrdə hazırda müasir tələblərə uyğun yol hərəkəti zolaqları çəkilməkdədir.

Qarşıdakı dövrdə təmir işlərinin davam etdirilməsi, ehtiyac duyulan küçələrdə asfaltama və abadlıq işlərinin aparılması nəzərdə tutulub.