QUBA ÖLKƏMİZİN ƏN BÖYÜK KƏND TƏSƏRRÜFATI RAYONLARINDADIR

Bu rayonda aqrar sahədə çalışanlar peşə bayramlarını nailiyyətlərlə qeyd edir. Quba aqrar rayon olmaqla əsas iqtisadiyyatını meyvəçilik, taxılçılıq, tərəvəzçilik və heyvandarlıq təşkil edir.

Rayonda mövcud kənd təsərrüfatına yararlı torpaq sahəsindən 17940 ha meyvə bağları,12690 hapayızlıq və yazlıq taxıl sahələri,619 ha yonca sahələri və 3576 hektarı isə yazlıq tərəvəz və yem bitgiləridir.Rayonda 17940,3 ha meyvə bağları mövcuddur ki,həmin meyvə bağlarından 2019-cu ilin 9 ayı ərzində 117693 ton məhsul yığılıb. Quba rayonunda kənd təsərrüfatı sahəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artım müşahidə olunub. Qubada mövcud meyvə bağlarının 1025 ha super intensiv,13418 ha intensiv,3497 ha isə ənənəvi köhnə bağlardır.Meyvə bağlarından,xüsusən də çəyirdəkli meyvə bağlarından gilas.albalı.gavalı,ərik,şaftalı və alçada məhsul yığımı başa çatdırılıb.Tumlu meyvələrdən alma,armud bağlarında yay və tez yetişən payız sortlarında yığım başa çatsa da meyvəçiliyin əsasını təşkil edən payızlıq alma sortlarının yığımı davam edir.Qubanın kənd təsərrüfatı həyatındakı önəmli hadisələrdən biri də rayonda Kənd Təsərrüfatı Nazirliyi yanında aqrar Kredit və inkişaf Agentliyi və Quba rayon icra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən kənd təsərrüfatı texnikası yarmarkası olub