QONAQKƏND-XALTAN BƏLƏDİYYƏLƏRİ BİRLƏŞƏCƏK
Baxış sayı: 30
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Qonaqkənd qəsəbə inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, Quba rayon Polis şöbəsinin rəis müavini, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, eləcə də rayonumuzda görülmüş işlər barədə qəsəbə sakinlərinə ətraflı bilgiləndirilib. Rayon rəhbəri vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verib. Sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər. Qəbuldan əvvəl İlqar Mahmudov aidiyyəti şəxslərlə birlikdə Qonaqkənd qəsəbəsində Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət etmiş, daha sonra qəsəbənin mərkəzində inşa edilmiş Şəhidlər abidə-xatirə kompleksi ilə tanış olmuşdur.