QOŞULMAMA HƏRƏKATININ ZİRVƏ GÖRÜŞÜ BAŞA ÇATIB

Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşü başa çatıb. Təmas Qrupunun Zirvə görüşündə COVID-19-a qarşı mübarizəni özündə əks etdirən sənəd qəbul edilib. Bu barədə xarici işlər naziri Ceyhun Bayramov sammitin bağlanış mərasimində çıxışı zamanı bildirib. Nazir sammit iştirakçılarına uğurlu fikir və ideya mübadiləsinə görə təşəkkür edib. Bu sammit əməkdaşlıq və həmrəylik namunəsinə çevrildi, deyən Ceyhun Bayramov əlavə edib ki, təşkilat ölkələrə COVID-19-dan sonrakı bərpa üçün yeni təkliflər irəli sürməyə davam etməlidir. Xarici işlər naziri Ceyhun Bayramov onu da əlavə edib ki, Azərbaycanın təşkilata sədrlik müddəti bu il başa çatsa da, ölkənin qoşulmama hərəkatına yardımı və onunla əməkdaşlığı fəal şəkildə davam edəcək.