QİAD VƏ FİAK ÜZVLƏRİ ARASINDA İŞGÜZAR GÖRÜŞ KEÇİRİLDİ
Baxış sayı: 11
Quba İş Adamlarına Dəstək Platforması və FAYDA İş Adamları Klubunun üzvləri arasında işgüzar görüş keçirilib. Görüş QİAD və FAYDA İş Adamları Klubunun üzvləri arasında işgüzar şam yeməyində baş tutub. Tədbirdə dövlət qurumlarının nümayəndələri, 100-dən çox iş adamı, investorlar, media mənsubları və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açan QİAD İdarə heyətinin sədri Cabbar Heybətov bildirdi ki, REGİONAL EXPO QUBA 2026 yerli istehsalçıların tanıdılması, biznes əlaqələrinin genişləndirilməsi və regionların iqtisadi potensialının nümayiş etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Digər çıxışçılar vurğuladılar ki, regionlarda təşkil olunan sərgi və forumlar gənclərin biznesə marağını artırır, yeni investisiya imkanlarının yaranmasına şərait yaradır. Bildirilib ki, dövlət və özəl sektor əməkdaşlığı ölkənin dayanıqlı iqtisadi inkişafında əsas amillərdən biridir. Çıxışlarda həmçinin innovasiya və rəqəmsal texnologiyaların tətbiqinin müasir sahibkarlığın inkişafında vacib rol oynadığı diqqətə çatdırılıb. Müxtəlif xidmət sektorlarının, turizm, biznes, kənd təsərrüfatı nümayəndələrinin bir araya gəldiyi görüşdə regionda biznesin, iqtisadi əlaqələrin inkişafı, investisiya imkanları və sahibkarlığın genişləndirilməsi haqqında geniş müzakirələr aparıldı.
