QIŞ FƏSLİNDƏ BELƏ ENERJİMİZİ YÜKSƏK TUTMAQ ÜÇÜN NƏLƏR ETMƏLİYİK?

Göy üzünün tutqun, havaların soyuq olduğu qışda insan ehtiyac olmadıqca çölə çıxmaq istəmir. Daha çox hərəkətsiz divanında oturub dincəlmək və saatlarla tv izləməyə meyilli olur. Və ya evdən-işə, işdən evə rutin və az hərəkətli bir yaşam yaşayır.

Enerjimizin aşağı olduğu bu vaxtlarda indi sadalayacağımız aktiviteləri edərək enerjinizi yüksək tuta bilərsiz. Rəqs etmək. Hər gün özünüzə bir neçə dəqiqə ayırıb sevdiyiniz rəqsləri öyrənə və ifa edə bilərsiz. Bunu rutin halına gətirsəz, həm yeni bir xobbi qazanar, həm hərəkət edər, həm də özünüzü çox enerjili hiss edərsiz. Yox əgər rəqs etmək sizin zövqünüzə görə deyilsə, o zaman yoqayla məşğul ola bilərsiz. Bu zaman mənfi enerjinizi ata, ruhunuzu sakitləşdirə bilərsiz. Bu da sizə gözəl əhval verəcək. Bundan başqa, gün ərzində bir neçə dəqiqə öz sevdiyiniz musiqiləri dinləmək, meditasiyayla məşğul olmaq da sizə olduqca xoş təsir edərək enerjinizi yüksəldəcək. Rənglərin ruhsal dünyamızdakı təsiri hamımıza məlumdur. Qışdı deyə çoxumuz geyimimizdə əsasən tünd, qara rənglərə üstünlük veririk.Bu da enerjimizi aşağı salan nəsnələrdən biridi. Amma rəng rutinimizin biraz çölünə çıxsaq, geyimlərimizdə, istifadə etdiyimiz aksesuarlarda narıncı, qırmızı, mavi, çəhrayı və bu kimi rənglərdən istifadə etsək, bunlar bizə şən əhval-ruhiyyə verərək enerjimizin yüksəlməsinə, ətrafımızakılara müsbət enerji ötürməyimizə səbəb olacaq. Al-əlvan rəngləri təkcə geyim və aksesuarlarımızda deyil, evimizin, ən çox zaman geçirdiyimiz otağımızın da bəzədilməsində və rənglənməsində istifadə etməklə özümüzü sevincli və şən hiss edə bilərik. Alimlərin araşdırmalarına görə, insanın sevidiyi yeməkləri yeməsi onun əhvalının yaxşılşmasına, ruh yüksəkliyinə səbəb olur. Ara sıra sevdiyimiz yeməkləri bişirib yeməklə qışın yorğunluğundan və ruh düşkünlüyündən qurtula bilərik. Sadaladıqlarımızdan da göründüyü kimi, enerjinizi yüksək tutmaq, hər zaman şən əhvalda olmaq öz əlimizdədir.