QHT-LƏR BEYNƏLXALQ TƏŞKİLATLARA ETİRAZ EDİBLƏR
Baxış sayı: 541
Qeyri Hökumət Təşkilatlarını Azərbaycanın Laçından Xənkəndinə gedən yolu guya bağladığına görə ittiham edən "Human Right Watch" (human rayt voç və əmnisti interneyşınıl) və "Amnesty International" təşkilatına sosial şəbəkələrdə yerli qeyri-hökumət təşkilatları tərəfindən cavab verilib. Qeyd edilir ki, Laçın-Xankəndi yolunda etiraz aksiyalarini davam etdirənlərin məqsədi yolu bağlamaq deyil. Yol açiqdir və sözügedən dinc aksiya humanitar məqsədlər üçün nəqliyyat vasitələrinin hərəkətinə heç bir məhdudiyyət yaratmir. QHT-lər eyni zamanda, ermənilər tərəfindən təbii sərvətlərimizin qeyri-qanuni yollarla istismarına və bu qanunsuzluğa göz yumulması faktını insan hüquq müdafiəçisi təşkilatlarının diqqətinə çatdırıb, onları bu məsələyə etirazlarını bildirməyə çağırıblar.