QAZAXISTANDA “BÖYÜK ÇÖLÜN HEKAYƏTİ” SƏYYAR SƏRGİSİ AÇILIB

Qazağıstanın ən qədim şəhərlərindən biri olanTaraz şəhərində Qazağıztan rəssamlarının əsərlərinin nümaiş olunduğu   “Böyük Çölün hekayəti” səyyar sərgisi açılıb. 

Müasir rəssamlıq - Modern incəsənət nümunələrinin toplandığı sərgidə tarixi mövzulara geniş yer verilib.  “Böyük Çölün hekayəti” sərgisi moderc incəsənətlə tarixin vəhdətinin, sintezinin yaradılmasına və təbliğinə həsr edilib və əsas məqsədlərdən biri mil illər böyü müasir Qazağıstan ərazisində mövcud olan Çöl mədəniyyətinin xatırlanması, gənc nəslə tanıdılması, yaşadılmasıdır. Sərgidə təqdim edilən hər bir əsər Qazax xalğının milli mədəniyətini, dəyərlərini, tarixini özündə əks etdirir. 

Cambul vilayəti Dram Teatrında açılan sərgidə Qazağıstanın dünyada tanınmış 11 rəssamənın əsərləri nümaiş olunur.  “Sənətə daha yaxın ol” devizi altında keçirilən sərginin təşkilatçılar bildirirlər ki, bu 11 rəssam dünyada tanınnan sənətkarlar olmasına baxmayaraq, Qazağıstanın özündə onlar və onların yaradıcılığı dar professional dairələrdən kənarda demək olar ki, tanınmırlar. Sərginin açılmasının bir məqsədi də, məhz bu 11 rəssamın Qazağıstan ictimaiyyətinə qətdim edilməsi, onların əsərlərinin, yaradıcılığının tanıdılmasıdır. Bu məqsədlə səyyar sərgi Qazağıstanın bütün böyük şəhərlərində təşkil ediləcək, və hər şəhərdə bir ay müddətində fəaliyyətdə olacaq.