QAZAXISTANDA ƏHMƏD CAVADIN 130 İLLİYİ QEYD OLUNUB
Baxış sayı: 711
Qazaxıstanda Azərbaycan və türk ədəbiyyatının böyük nümayəndəsi, Azərbaycan Dövlət Himninin müəllifi , maarifçi, tərcüməçi və pedaqoq, görkəmli ictimai xadim Əhməd Cavadın 130 illiyi münasibətilə tədbir təşkil olunub. Tədbirdə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli, Qazaxıstan Dövlət Tarixi İnstitutunun direktoru Erkin Əbil, Azərbaycanın Qazaxıstandakı Səfirliyinin müşaviri Rövşən Kazımov, Azərbaycan diasporunun nümayəndələri, ziyalılar və media nümayəndələri iştirak ediblər. İştirakçılar repressiya qurbanlarının xatirəsini ehtiramla yad edib, “Xatirə lövhəsi”nin önünə gül dəstələri düzüblər. Daha sonra iştirakçılar muzeyin ekspozisiyaları ilə tanış olub, “ALJİR” düşərgəsində cəza çəkən azərbaycanlılarla bağlı Türk Akademiyası tərəfindən hazırlanmış tematik sərgiyə baxıblar.