QAZAXDA TÜRKİYƏDƏN GƏLƏN QONAQLARIN İŞTİRAKI İLƏ UŞAQ PARKI AÇILDI
Baxış sayı: 680
Qazaxda şəhid övladları üçün “Hüsniyə Mutlu” adına oyun və əyləncə parkının açılışı olub. Türkiyə Cümhuriyyəti tərəfindən mərhum Hüsniyə Mutlunun xatirəsinə yaradılmış park iki qardaş ölkə arasında olan dostluğun daha bir bariz nümunəsidir.
“Çocuk oyunla, dünya çocukla gözəldir!” şüarı altında yaradılan park təkcə Türkiyə-Azərbaycan arasındakı qardaşlıq münasibətinin deyil, eyni zamanda, canını Vətən üçün fəda edən igid, qəhrəman oğullarımızın bizlərə əmanət olan övladlarına sahib çıxmağın əyani göstəricisidir. Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin məsul şəxsləri ilə yanaşı Türkiyədən olan qonaqlar - Uşaq Oyunları və Spor Klubları Federasiyasının rəhbəri Mehmet Mutlu, keçmiş 22 və 26-cı dönəm Ərzurum millət vəkili, Türk professoru və siyasətçi Mustafa İlıcalı, Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulu Zeki Öztürk, keçmiş 3-cü dönəm Ümraniyə bələdiyyə başkanı Hasan Can, Şahzadə, Osmanlı nəslinin davamçısı, Sultan Abdulhəmidin nəvəsi Orhan Osmanoğlu və həyat yoldaşı Esra Osmanoğlu və Azərbaycan dövləti rəsmiləri şəhid ailələri və övladları, gənc müğənnilər Şöhrət Məmmədov və Dildara Eyubova, rayon ictimaiyyəti, KİV nümayəndələri iştirak ediblər. Parkın açılış törəninin əvvəlində torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhidlərin xatirəsi yad edildikdən sonra çıxışlara başlanılıb.