QARPIZLA ADİ SUYUN HEÇ BİR FƏRQİ YOXDUR

"Qarpız yeyin, böyrəkləriniz daşdan, qumdan təmizlənsin” fikri tibbi baxımdan doğrudurmu? Həqiqətən də təkcə qarpızla böyrəklərə dəstək verə bilərik? Medicina.az-a xəbər

verir ki, nefroloq-həkim Olqa Azarenko qarpızın böyrəklərə faydası və zərərindən danışıb.

“Ümumiyyətlə, hər hansı bir orqanı təmizləmək tibbi baxımdan düzgün fikir deyil. Çünki böyrək özü özünü təmizləyən orqandır. Böyrəklər qanı, orqanizmi son maddələrdən, tullantılardan, toksik birləşmələrdən, dərman qallıqlarından təmizləyir. Tibbi baxımdan qarpız, yemiş, xiyar maye yükünü artırır və böyrəklərin işini çoxaldır. Lakin bu heç də onların təmizlənməsi demək deyil. Bəzi nefroloji problemlərdə, xəstəliklərdə, xroniki böyrək yetməzliyində əksinə, maye çoxluğu, yəni qarpızda həmçinin zərər verə bilər. Əgər böyrəklərə dəstəkdən danışsaq, onlar üçün qarpızla adi suyun heç bir fərqi yoxdur. Yəni qarpızda xüsusi faydalı bir tərkib yoxdur”, - deyə həkim bildirib.