QARPIZ VƏ PENDİRİ BİRLİKDƏ YEMƏK ZİYANDIR?
Baxış sayı: 8
Qarpız alarkən diqqət edəcəyiniz bu detal qarpızın zəhərli olub-olmamasına işarədir. Qafqaz TV Medicina.az-a istindən xəbər verir ki, isti havalarda hər kəsin ləzzətlə yediyi qarpız zəhərlənməyə səbəb ola bilər. Qarpız alarkən diqqət etməli olduğunuz bu detallar zəhərlənmə ehtimalını ortaya qoyur.
Qarpızın qabığında görünən kiçik dəliklərin adətən böcək dişləməsi olduğu düşünülsə də, bu dəliklərin əsl səbəbi iynələrlə edilən xarici müdaxilələr ola bilər. Bəzi istehsalçılar qarpızın içinə dadlandırıcılar və ya rəngləndiricilər vurmaqla meyvənin daha yetişmiş və qırmızı görünməsini istəyə bilər. Bu, həm çürüməyə, həm də ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Bu səbəbdən mütləq deşikli qarpızlardan uzaq durmaq tövsiyə olunur.
Qeyd edək ki, qarpız tez-tez duzlu pendirlə birlikdə süfrəyə təqdim olunur. İlk baxışda ziddiyyətli görünən bu dad birləşməsi, həm ənənəvi mətbəximizdə, həm də qidalanma baxımından maraqlı bir uyğunluq yaradır. Bəs qarpızla pendir birlikdə yeyilərkən faydası və ya ziyanı var? Heç düşünmədən deyə bilərik ki, bu birləşmənin heç bir zərəri yoxdur. Əksinə bu iki qidanın birlikdə yeyilməsi sağlamlıq baxımdan əhəmiyyətlidir. Qarpızın tərkibindəki C vitamini, pendirdə olan bəzi mineralların sorulmasını yaxşılaşdırır. Eyni zamanda, pendirin yağ və zülal tərkibi qarpızın tərkibində olan şəkərin qan dövranına yavaş sorulmasına səbəb olur, bu da qan şəkəri səviyyəsini stabilləşdirir.