QARABAĞDAKI ERMƏNİLƏRDƏN GÖRÜN NƏ TƏLƏB OLUNDU

Xankəndidə separatçı rejim erməni əhalisindən borclarını təcili ödəməyi tələb edir: borcunu ödəməyənlər “məhkəmə” yolu ilə buna məcbur ediləcək. erməni

əhalisinin separatçı rejimə ümumilikdə 150 milyard dram, yəni Aərbaycan manatı ilə təxmini 657 min  borcu olduğunu qeyd edib.

“Bu borclar adətən biznesin qurulması üçün kredit kimi götürülüb, müharibədən sonra nə biznes qura biliblər, nə də pulu qaytara bilirlər. Borcun qaytarılması tələbi ermənilərdə narazılıq yaradıb. Misal üçün, keçmiş Ağdərə rayonunda yanacaqdoldurma məntəqəsi işlədən, adının açıqlanmasını istəməyən şəxs erməni mediasına bildirir ki, artıq biznesi sıradan çıxıb, təxminən 13 min 300 manat borcu arataraq, 18 min manata çatıb. “İstəsəm belə bunu ödəyə bilmərəm. İşləmirəm, necə ödəyim. Bütün əmlakımı satışa çıxarmışam. Rusiyaya gedəcəm, yolun açılmasını gözləyirəm. Açsalar, burada heç kim qalmaz” deyə, erməni sakin deyir”.  Qeyd olunub ki,, bu vəziyyət Qarabağdakı proseslərlə bağlı konkret nəticələr çıxarmağa imkan verir. “Separatçı rejim heç olmadığı qədər çıxılmaz vəziyyətdədir. Erməni əhalisini “borc təhdidi” ilə özlərinə tabe etdirmək və Azərbaycana reinteqrasiya meyillərini sıradan çıxarmaq istəyirlər. Borc məsələsi Azərbaycan üçün unikal şəraitdir və rəsmi Bakıya bir neçə istiqamətdə addım atmaq imkanı verir.