QARABAĞDAKI ERMƏNİLƏR AZƏRBAYCAN PASPORTU ALMALIDIR

Azərbaycanın Qarabağla bağlı istənilən məsələyə dair mövqeyi hər zaman aydındır. Rəsmi Bakı dəfələrlə bildirib ki, işğaldan azad edilən ərazilərdəki ermənilər Azərbaycan vətəndaşlarıdır və bu məsələdə hər hansı əks mövqe ola bilməz. Ermənistandan fərqli olaraq Azərbaycanın Qarabağı dirçəltməsi, Qafqazda sülhə töhvə vermək iradəsinə sahib olduğunu sübut etməsi də, bu tarixi reallığın bir nümunəsidir. Əlbətdə ki, hər hansısa bir dövlətin ərazisində məskunlaşıb, lakin digərinin vətəndaşlığını daşımaq mümkünsüzdür. Bu baxımdan ermənilər Azərbaycan torpaqlarında yaşamaq istəyirlərsə, vətəndaşlığımızı da qəbul etməlidirlər.