QARABAĞDA XOCALI FİLMİ ÇƏKİLDİ

Kino və teatr rejissoru, ssenarist, yazıçı, şair İlqar Safat Xocalı faciəsinin 30 illiyinə həsr etdiyi “Doğma torpaq” filminin çəkilişlərinin artıq başa çatdığını deyib. Rejissorun sözlərinə görə, layihənin çəkilişləri bir il davam edib: “Narimanfilm” kinostudiyası tərəfindən lentə alınan ekran işinin çəkilişləri Bakı, Qobustan, Qax, Zaqatala, Quba, Bərdə və işğaldan azad edilmiş torpaqlarımızda aparılıb. Bu genişmiqyaslı layihədə mindən çox insan iştirak edib. Film Birinci və İkinci Qarabağ müharibələrinin qəhrəmanlarına, şəhidlərin mübarək xatirəsinə həsr olunub.