QARABAĞDA "QİSAS" ANTİTERROR ƏMƏLİYYATI BAŞLADI
Baxış sayı: 562
Azərbaycan ordusu "Qisas" əməliyyatı keçirib. Bu barədə Müdafiyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Rusiya Federasiyası sülməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri- qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020 - ci il tarixli bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan ordusunun bölmələrinə qarşı terror təxribat əməli törədib. Nəticədə hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub. Bundan əlavə qeyri – qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırx qız yüksəkliyini ələ keçirmək və orda yeni döyüş mövqelərini qurmağa cəhd göstərib. Azərbaycan ordusunun keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin kiçik qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb.