QARABAĞDA NƏ BAŞ VERİR ?
Baxış sayı: 476
Qələbəmizlə başa çatan Vətən müharibəsindən sonra, ermənilər sülh sazişi bağlamaq barədə düşünməkdənsə, əksinə bölgədə vəziyyəti daha da gərginləşdirməyə çalışırlar. Əlbətdə ki, bu məsələdə separatçı tör – töküntüsü ilə yanaşı, Rusiya sülhməramlılarının da günahı var. Belə ki, sülhməramlılar üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirmək əvəzinə, özlərini müharibə məramlılar kimi aparırlar. Gah fəaliyyətlərini əks etdirən saytda ərazilərimizin adlarını təhrif edir, gah Xankəndi ətrafına tikanlı məftillər çəkirlər, gah da tibbi avtomobillərdən xain məqsədləri üçün istifadə edirlər. Bu azmış kimi, hələ də Qarabağda qalan separatçıların atəşkəsi pozmasına göz yumurlar. Ekspertlərin fikrincə rəsmi Moskva Qarabağ prossesini dondurmağa və Ukrayna müharibəsinin ardınca Qarabağa da nəzarət etməyə çalışır. Lakin ölkə rəhbərliyi səviyyəsində bununla bağlı verilən açıqlamalar birmənalıdır. Qarabağ Azərbaycanın daxili işidir və ikinci tərəf torpaqlarımızın müstəqilliyi ilə bağlı heç bir söz haqqına sahib deyil.