QARABAĞ VƏ İRƏVAN ERMƏNİLƏRİ QARŞI-QARŞIYA

Havaların istiləşməsi ilə erməni revanşistləri yenidən başlarını qaldırıblar. İrəvanın mərkəzi küçələri hər gün insanlarla dolur.   

 Etirazçıların əsas məqsədi baş nazir Nikol Paşinyanı devirmək və hakimiyyəti ələ keçirməkdir. Müxalifət öz məqsədlərinə çatmaq üçün həmişə olduğu kimi Qarabağ ermənilərindən istifadə edir. Bu dəfə onlar İrəvanın mərkəzi meydanına toplaşıblar. Mitinqin əsas səbəbi kimi hakimiyyətin düzgün mövqe tutmadığı iddia edilir. Qarabağ erməniləri yerli ermənilər tərəfindən birmənalı qarşılanmırlar. Demək olar ki, hal hazırda ermənilər özləri iki yerə bölünüblər. Qarabağ və İrəvan erməniləri. Hər iki tərəfdə bir-birini pisləyir və vəziyyətin bu dərəcəyə gəlib çatmasında bir-birilərini günhlandırırlar. Üzdə İrəvan ermənilərinin məqsədi guya Qarabağdan gəlmiş erməniləri öz dədə-baba yurdlarına qaytarmaq və “Arsax”a yeni həyat bəxş etməkdir. Ancaq əslində isə onların Qarabağdan gəlmiş erməniləri görməyə gözləri yoxdur. Ona görə də əsas məqsəd Qarabğdan gəlmiş erməniləri bacardıqca tez bir zamanda İrəvandan qovmaqdır. Qarabağ ermənilərini həmişə təhqir edən İrəvan erməniləri onları "türk motor" yəni türk mühərriki, "Türkatsats hayi" yəni ermənilərin türk hibridi və ya sadəcə olaraq "paxstakan" yəni gəlmə adlandırmış və bu sözə təhqiramiz məna vermişlər. Onla hələ də "şurtvata" sözünü işlədirlər. Bəs bu söz nə deməkdir?! Xəyanətkar, fırıldaqçı, əclaf. Beləliklə, Alen Simonyan və Nikol Paşinyanın Qarabağ erməniləri ilə bağlı atdıqları addımlar Ermənistan daxilində milli səviyyədə daxili revanşizmin göstəricisidir. Bundan sonra da hər iki toplum arasında ziddiyyət davam edəcək və qisas hissi digərlərinin siyasi proseslərdəki əsas hədəfi olacaq.