QARABAĞ ERMƏNİLƏRİ ETİRAZ YÜRÜŞÜNƏ ÇIXIB

Qarabağı könüllü tərk edən ermənilər, Ermənistanda onlara verilən vədlərin yerinə yetirilməməsindən şikayətçidirlər. Bununla bağlı aksiya keçirənlər iddia edirlər ki, onların günü-gündən

artan problemləri ilə heç kəs maraqlanmır. Hökumət tərəfindən onlara ayrılan yardımlar isə yerli məmurlar tərəfindən mənimsənilir.  Qeyd edək ki, havaların soyuması vəziyyəti daha da çətinləşdirib. Yaxınlıqda məktəbin olmaması uşaqların təhsildən yayınmasına gətirib çıxardıb. Etirazçılar bəyan ediblər ki, hökumət ya onları qəbul etsin, yada ki, gələcək taleləri ilə bağlı bir çarə tapsın. Əks halda onlar xarici ölkələrə sığınacaq üçün müraciət edəcəklərini bildiriblər. Qeyd edək ki, etiraz yürüşünə müxalif deputatlar da qoşulub. Erməni mətbuatı yazır ki, Qarabağdan gələn ailələr, artıq Ermənistanı tərk etməyə başlayıblar. Onlar əsasən Rusiyaya üz tuturlar.