Əbu Muslüm məscidləri Azərbaycanın ən qədim məscidlərindəndir. Təxminən VIII-IX əsrlərə aid olan bu qədim məscidlərə Quba rayonunun Xınalıq, Cek və Qriz kəndlərində rast gəlinir.Bu gün biz sizə bu məscidlərdən biri haqqda, Xınalıqa yerləşən Əbu Muslüm məscidi haqqda bilgi verməyə çalışacıyıq. Xınalıqdakı Əbu Müslüm məscidinin ağac sütunları oyma üsulu ilə müxtəlif formalı nəbati motivlər və göl təsvirləri ilə bəzədilmişdir. Məscid keçmiş SSRİ dövründə anbar kimi istifadə edilsə də, hazırda yerli əhali tərəfindən əvvəlki kimi məscid halına gətirilmişdir.Onu da deyək ki, Əbu Müslüm məscidi təkcə Azərbaycanın deyil, ümumilikdə bütün Qafqazın ən qədim məscidlərindən biridir. Hətta bəzi mənbələrdə Əbu Muslüm məscidinin Qafqazın ikinci qədim məscidi olduğunu iddia edən yazılara da rast gəlinir.
{youtube}gxYggA3BGMk{/youtube}