QAFQAZ TV YARADICI BİRLİYİ YENİ LAYİHƏLƏR ÜZƏRİNDƏ ÇALIŞIR.

Hər zaman öz işinə peşakar səviyyədə yanaşan Qafqaz tv atdığı hər addımda,etdiyi bütün yeniliklərdə professional rəylərə,işinin bilicisi olanların fikirlərinə önəm verib.Bu gün də bu tendensiya davam edir.Təsadüfi deyil ki,digər verilişləri kimi bu yaxınlarda yayımına hazırlaşdığı “Çölçü Yordusu”-verilişinin maraq çevrəsinin əsasən idmançılar olduğunu bildiyi üçün qafqaz tv yaradıcı birliyi işini profosesinal səviyyədə quraraq şimal bölgəsinin ən tanınmış idmançılarını televiziyaya dəvət edib.

Əvvəlcə idmançılarla televiziyayla quracaqları iş birliyindən geniş bəhs olunub, Qafqaz tv yaradıcı birliyi yaxşı bilir ki ,hazırladığı hər hansı yeni bir verilişdə öz işinin bilicilərinin fikirləri çox önəmlidir və veriliş əvvəlcə onlar üçün baxımlı olmalıdır.Qısacası ,İdman sahəsinə aid proyekt və lahiyələrimizdə idmançılarla əməkdaşlıq mövzusu ətrafında geniş diskusiya aparıldı.Televiziyanın baş direktoru Eltən Qədimbəyli bu görüşün əsas məqsədinin idmançılarla iş birliyi qurub, əməkdaşlıq sahəsində ilk addımları atmaq olduğunu bildirdi.Qafqaz televiziyasının dəvəti ilə baş tutan görüşdə Quba rayon gənclər və idman idarəsinin nümayəndələri və region idmançıları da əməkdaşlıq ideyasını dəstəklədiklərini bildiriblər. Sonda idmançılardan və Qafqaz tv üzvlərindən ibarət işçi qrupu yaradıldı.Bu işbirliyi region idmançıları ilə birlikdə yeni baxımlı proqram ideyaları hazırlamağa, idmançılarımızı fərqli platformalarda görüntüləməyə və idman sahəsinin təbliğinə yeni bir rəng qatmağa kömək edəcək.Gələn qonaqlar eləcə də televiziyamızın şəraiti ilə yaxından tanış olub,Televiziyanın yaradıcı birliyi ilə də tanış olduqdan sonra buradakı iş prosesini yaxından izləmək imkanı da qazanıblar.