QAFQAZ TV TƏCRÜBƏÇİLƏRƏ SERTİFİKAT VERDİ

3 ay bundan əvvəl Qafqaz TV yalnız tələbələrin qatıla biləcəyi 3 aylıq ödənişsiz təcrübə proqramına start verdi.  Bu yeniliyi müsbət qarşılayan Qubada təhsil alan tələbələr Televiziyaya müraciət edərək, qeydiyyatdan keçdilər və təcrübə

proqramına qatıldılar. Qafqaz TV – də keçdikləri 3 aylıq təcrübə proqramını uğurla başa vurduqdan sonra ən yaxşı 8 təcrübəçi sertifikatla təmin olundu. Qeyd edək ki, sertifikatla təmin olunan təcrübəçilərin hamısı Sosial – İqtisad kollecində təhsil alan tələbələrdir.

Əvvəlki təcrübə proqramına qatıla bilməyən tələbələrə xoş bir xəbərimiz var. Qafqaz TV – yenidən təcrübə proqramına başlayır. Onu da qeyd edək ki, təcrübə müddətini uğurla bitirənlərin sertifikat əldə etməklə yanaşı, həm də Qafqaz TV-də daimi işlə təmin edilmək şansları var. Bu şansı qaçırmaq istəməyənlər həftənin iş günləri saat 9-dan 18-ə dək Televiziyaya müraciət edə bilərlər.