QAFQAZ TV İZLƏYİCİLƏRİNƏ SANATORİYADAN 50% ŞOK ENDİRİM

Qubadan yayımlanan və izləyicilərinin böyük bir hssəsi Şimal bölgəsindən olan Qafqaz televiziyasında “Sözümüzün canı” verilişin qonağı olan Şahdağ Quba Truskavets sanatoriyasının rəhbəri Əlibala Məhərrəmzadə inanılmaz təklif irəli sürdü. Yayım zamanı Ə. Məhərrəmzadə sanatoriyadakı bütün müalicə prosedurlarında Qafqaz Tv- izləyicilərinə 50 %' dək şok endirim təklif etdi. “İndi sanatoriyalarda dincəlmək üçün xarici ölkələrə getmək gərəkmir. İndi belə sağlıq ocaqları Azərbaycanda da var.” –deyən Sanatoriya rəhbəri sağlıq mərkəzinin yüksək standartlara cavab verən texniki bazasının, burda çalışan həkimlərin yüksək ixtisaslı həkimlər olduğunu və xarici ölkələrdə özəl təcrübə keçdiklərini vurğuladı. Verilişin aparıcısı Eltən Törəçi “sağlıq turizminin bütün turizm sahəsindən daha gəlirli sahə olduğunu və Azərbaycan iqtisadiyyatı üçün önəmli oduğunu vurğulayaraq “Varlıqdan irəlidir sağlıq” ata sözünü xatırladıb, bu gün istirahətə gedən insanların daha çox sanatoriyalarda gedib dincəlmək istəklərini olduğuna diqqət çəkdi. Verilişdə danışılanlar arasında ən önəmlisi Şahdağ Turskavetsdə qiymətlərin hər kəsə görə, özəlliklə Şimal bölgəsi insanları və Qafqaz Tv izləyiciləri üçün uyğun olması oldu. Sağlıq ocağına Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarından müraciət edənlər bir də əgər Qafqaz Tv izləyiciləridirlərsə onlara nə az nə çox, düz 50 faiz endrim nəzərdə tutulur. Siz də Şahdağ Turskavets kimi bir santoriyada sərfəli qiymətlərə dincəlib, ordakı tibbi müayinələrdən peşəkar həkimlər tərəfindən keçmək istəyirsinizsə sadəcə bölgədə yaşamanız və Qafqaz TV-ni izlədiyinizi bildirməniz yetərlidir. Qeyd: endirim ancaq müalicə prosedurlarına şamil edilir.