QAFQAZ TV-DƏ YENİ KASTİNQ

Azərbaycanın tək biznes və turizm kanalı olan Qafqaz TV yeni bilgiləndirici layihələr və verilişlər hazırlamaqda davam edir. Bunlardan bəziləri Qafqaz tv-nin efirində yeni olsa da, bəziləri artıq yetərincə izləyici kütləsi toplaya bilib. Belə verilişlərdən biri də “Yanıltmac savaşı” verilişidir. Əsasən məktəbli komandalar arasında olan yarışmanın məqsədi Azərbaycan dilinin təbliği, yeniyetmə və gənclər arasında nitq və ünsiyyətqurma bacarıqlarının inkişafıdır. Pandemiyadan öncə çəkilən “Yanıltmac savaşı” verilişi artıq efirə qayıdır. Yeni formatda və yeni komandalarla izləyicilərinin görüşünə gələn verilişin çəkilişlərinə artıq hazırlıq işləri gedir. Çəkilişlərə hazırlıq işləri çərçivəsində Şimal bölgəsi məktblililəindən ibarət komandaların təşkili işləri ilə yanaı verilişin aparıcısını təyin etmək üçün tələbələr arasında kastinq keçirilib. Keçirilən kastinqdə Qubadakı Sosial İqtisad kollecinin və ADPU-nin Quba filalının tələbələri iştirak edib.Televeziya əməkdaşları tərəfindən sorğulanan tələbələrin danışıq bacarıqları, fərqli durumlarda davranışları, söz ehtiyyatlarının zənginliyi və digər özəllikləri yoxlanılaraq qeydə alınıb. Xatırladaq ki, yaxın vaxtlarda yeniyetmə və gənclərin marağına səbəb olacaq “Yanıltmac savaşı” verilişi Qafqaz TV və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə çəkiləcək. 5 turdan ibarət olacaq yarışların çəkilişləri zamanı şimal bölgəsi məktəbliləri öz bacarıqlarının yoxlayacaqlar.