QAFQAZ TV–DƏN TƏLƏBƏLƏRƏ SERTİFİKATLI İŞ TƏCRÜBƏSİ
Baxış sayı: 573
İş təcrübəsi – işə götürənlər üçün ən vacib amillərdən biridir. Hər kəs belə bir problemlə üzləşib: yaxşı bir işə düzəlmək üçün, iş təcrübəsi tələb olunur, həmin bu iş təcrübəsini qazanmaq üçün isə – işə düzəlmək lazım gəlir. Belə bir halda ruhdan düşərək, arzularınız üzərində “xətt” çəkməyin. Üçün ki, bu gün ölkəmizdə bir çox təcrübə proqramları təklif edən qurumlar var. Örnək olaraq sadəcə birinin adını çəkmək kifayət edər ki, bu da Asan könüllülər layihəsidir. Bu layihələr vasitəsilə gənclər iş təcrübəsi qazanır və gələcək karyeralarını necə quracaqlarını indidən planlayırlar. Əgər içinizdə həqiqətən də böyük bir istək varsa, o zaman bu istəyi reallışdırmaq üçün uzağa getməyə ehtiyac yoxdur. Belə ki, Qubada fəaliyyət göstərən Qafqaz TV sizə yardım edə bilər. Əvvəlcədən onu qeyd edək ki, təcrübə proqramına yalnız tələbələr qatıla bilər. Və ən əsası təcrübə proqramı ödənişsizdir. Onu da qeyd edək ki, Qafqaz TV – də keçəcəyiniz 3 aylıq təcrübə proqramından sonra sertifikatla təmin olunacaqsız. Bu sertifikat sizə gələcəkdə baş vuracağınız iş yerlərində, digər gənclərdən bir addım önə çıxmağınızı saxlayacaq. Çünki, Televiziya digər iş yerlərindən fərqlənir. Belə ki, televiziyada işləmək, müxtəlif kateqoriyadan olan insanlarla ünsiyyət deməkdir ki, bu da gənclərin dünya görüşünün formalaşmasında müsbət rol oynayır. İş həyatına qatılmaq üçün başlıca şərtlərdən biri, insanlarla danışmağı, ünsiyyət qurmağı bacarmaqdır. Məhşur sərkərdə Napaleon Bonapart deyirdi : “Danışmağı bacarmayan insan, karyera qura bilməz”. Danışıq qabiliyyətini artırmaq üçün isə ən yaxşı vasitə kollektivdə çalışmaq və müxtəlif insanların digərlərinə yanaşma tərzini müşahidə etməkdir. Əziz gənclər inanın ki, bu təcrübə sizə gələcəkdə çox yardımçı olacaq. Əlbəttə ki, təcrübə proqramını uğurla bitirdikdən sonra, Qafqaz TV sizi işə də götürə bilər.