QƏTƏRDƏ AZƏRBAYCANIN TURİZM İMKANLARI TƏBLİĞ OLUNUR

Azərbaycanın turizm imkanları noyabrın 16-da Qətərin paytaxtı Dohada işinə başlayan “Qatar Travel Mart” sərgisində təqdim olunur. Dövlət Turizm Agentliyindən bildirilib ki, noyabrın 18-dək davam edəcək sərgidə Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycana həsr olunan panel sessiya keçirilib. Sessiyada çıxış edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid “Pandemiya Azərbaycan turizminə necə təsir etdi? Postpandemiya dövründə turizm sənayesinin bərpası” mövzusunda çıxış edərək, həmçinin Azərbaycanın geniş turizm potensialı, turizmin müxtəlif növlərinin inkişaf perspektivləri, Qarabağın yeni turizm destinasiyasına çevrilməsi planları, Yaxın Şərq ölkələri üzrə aparılan rəqəmsal təbliğat kampaniyaları haqqında məlumat verib.