QƏRBİ AZƏRBAYCAN İCMASININ ERMƏNİSTAN HÖKUMƏTİNDƏN TƏLƏBİ
Baxış sayı: 398
Ermənistan hökumətindən hazırda onun ərazisi sayılan coğrafi məkanlardan qovulan azərbaycanlıların beynəlxalq proses çərçivəsində öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına şərait yaratmağı və ora qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarını təmin etməyi tələb edirik. Qərbi Azərbaycan İcmasının yaydığı müraciətdə belə deyilir. Bildirilir ki, indiki Ermənistan ərazisindən azərbaycanlıların qovulması siyasi, hüquqi və humanitar ölçüsünə görə tarixdə misli-bərabəri olmayan ədalətsizlikdir. Müraciət müəllifləri uzun illərdir ki, icmaya sığınacaq vermiş Azərbaycan hökumətinə də minnətdarlıq etməyi unutmayıblar. Qərbi Azərbaycan İcması müraciətdə həmçinin BMT- yə üzv olan dövlətlərdən, aidiyyatı beynəlxalq təşkilatlardan indiki Ermənistan ərazisindən qovulan azərbaycanlıların beynəlxalq proses çərçivəsində öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına çağrış edir və ora qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsinə yardım etməyə səsləyir.