Aİ –nin xarici fəaliyyət xidmətinin nümayəndə heyəti və Avropa komissiyasının üzvəri Ermənistana gəlir. Onlara Avropa yenidənqurma və inkişaf bangının, eləcə də Avropa investisiya
bangının vəzifəli şəxsləri də qoşulacaq. Bu onu göstərir ki, qərb təmsilçilərinin İrəvan ziyarətində əsas müzakirə mövzusu iqtisadi əlaqələrin dərinləşdirilməsi olacaq. Əslində son dövrlərdə Avropa Paşinyan hökumətinə maliyyə yardımını nəzərəçarpacaq dərəcədə artırıb. Elə son olaraq Hayastan İn erməni fondunun Qarabağdan miqrasiya edənlərin həyat şəraitinin yaxşılaşdırılması üçün təşkil etdiyi telemarafonda toplanan 8,4 milyon dollar vəsaitin3,3 milyonunu Fransa, 3,1 milyonunu isə ABŞ göndərib. Amma indiki məqamda görünür qərb bu yardımları yetərli hesab etmir ki, avropalı rəsmiləri İrəvana göndərərək, investisiyaların əlaqələndirilməsi platformasını işə salmaq istəyir. Bu isə əlbətdə ki, səbəbsiz deyil. Məlum məsələdir ki, Ermənistanı Rusiyadan asılı hala salan ən əsas amil iqtisadi bağlılıqdır. Məhz bu faktoru nəzərə alan kollektiv qərb, İrəvana bazarında güclənməklə Moskvanın regiondakı təsir dairəsini məhdudlaşdırmaq istəyir.Avropa ölkələrinin Ermənistana isqtisadi yardımlarının pərdəarxası məqamlarını isə Rusiya yaxşı başa düşür. Bu perspektivdən baxanda Moskvanın İrəvana məxsus kənd təsərrüfatı məhsullarını daşıyan yük maşınlarını yuxarı Larts keçid məntəqəsindən buraxmaması təəccüblü görünmür. Buna səbəb kimi fitosanitar standartların pozulması göstərilsədə, məsələni siyasi aspekdən dəyərləndirmək, daha doğru olar.Prosesin davamı kimi Kremlin İrəvanda daha sərt addımlar ata biləcəyi fikri də aktualdır.Görünən odur ki, Ermənistan ikili siyasət aparmağa cəhd göstərir. Ancaq əslində Ermənistan xarici ölkələrdən iqtisadi asılılığını minimuma endirməlidir ki, bunun da yeganə yolu Azərbaycan və Türkiyə ilə komunikasiya əlaqələrinin bərpasından və münasibətlərin normallaşdırılmasından keçir. Yəni Ermənistanda iqtidar yox olmaq təhlükəsi ilə üzləşmək istəmirsə, dünya bazarlarına çıxmaq üçün gözünü qərbə yox, regional əməkdaşlıq platformalarına dikməlidir.