QƏNİRƏ PAŞAYEVAYA FƏXRİ DOKTOR ADI VERİLİB
Baxış sayı: 843
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən bu ölkədə Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri keçirilib. Tədbir çərçivəsində Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin rəhbəri Qənirə Paşayevaya “Turan” Akademiyasının tarix elmləri doktoru adı verilib. Bu barədə sənədi Q.Paşayevaya Akademiyanın prezidenti Xaydarbek Bababekov təqdim edib.