Yaşı az, boyu balaca olsa da nə eşitdiyini, nə də oxuduğunu danışmadı hünəri çox,əməli böyük, dəyanətli, Dəyanət. Öz şücaətini nəql etdi Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevə.
Həqiqət budur ki, bir neçə gün öncə Qubanın ucqar dağ kəndi olan Cimidə eyni adlı çayın sel-suları 3 yaşlı Qızbikə Abdullayevanı və 2 yaş yarımlıq Yusif Abdullayevi ağuşuna alıb aparır. Həmin vaxt çayda balıq tutan 13 yaşlı Dəyanət selin apardığı Qızbikəni görür və adına layiq dəyanətlık edib fidan qızı xilas edir. Halı yaxşı olmayan Qızbikəni nənəsinə çatdırır və orda öyrənir ki, balaca Yusif də sel-suların əsiridir. Özünü çaya yetirib onu da tapır.Lakin həyatdan köçmüş, soyumuş bədənini. Neçə gündür Qubada bu oğlanın şücaəti, qəhrəmanlığı danışılır.Dəyanətin qəhrəmanlığı dildən dilə, eldən elə dolaşır.
Hamı onun şücaətinin qürurunu yaşayayarkən, etdiyinin tam mənada fərqinə varmayan 13 yaşlı Dəyanət niyə Yusifi qurtara bilməməsinin təəssüfünü yaşayır.Qəhrəmanlıq yaşla, boyla olmasa da soya bağlı deyib müdriklərimiz. Nə mutlu bizə ki, yurdu yaşatmaq üçün can verən qəhrəmanlarımızın yolunu can qurtaran Dəyanətlərimiz davam etdirir.
Sonda onu da qeyd edək ki, Quba rayon icra hakimiyyətindən aldığımız məlumata görə yaxın günlərdə Dəyanətinin bu şücaəti təqdir və təbliğ mənasında ən yüksək formada dəyərləndiriləcək.