PUTİNDƏN SÜLH MÜQAVİLƏSİ AÇIQLAMASI
Baxış sayı: 498
Rusiya Prezidenti Vladimir Putin Soçidə keçirilən üçtərəfli görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. O, bildirib ki, Ermənistanla Azərbaycan arasında gələcək sülh müqaviləsi yalnız qarşılıqlı kompramis nəticəsində əldə oluna bilər. Rusiya Prezidenti bəyan edib ki, Ermənistanla Azərbaycan arasında sərhəddin delimitasiyası və demorkasiyası üçün ilkin şərtlər müəyyənləşdirilib. Rusiya Ermənistanla Azərbaycan arasında vəziyətin canlanmasına yönəlmiş istənilən səyləri dəstəkliyir. Rusiya iki ölkə arasında sərhədin demorkasiyası məsələsini həll etmək üçün sovet baş qərargahının ən dəqiq xəritələrini təqdim etməyə hazırdır – deyə Putin bəyan edib. Rusiya Prezidenti Vladimir Putin habelə əlavə edib ki, sülhməramlı kontingentin taleyi Ermənistanla Azərbaycan arasında sərhədin demorkasiyasına dair razılaşma üzərində işin necə getməsindən asılı olacaq.