PUTİN UKRAYNADA QƏRBİ MƏĞLUB ETDİ

Rusiya Prezidenti Vladimir Putinin Ukrayna və Qərblə qarşıdurmada özündən razı qalmağa hər cür əsası var. Qərb uzun müddət Kremlin Ukrayna planının iflasa məhkum

olduğuna əmin idi. Lakin 21 aylıq müharibədən sonra heç bir hesab görünmür və Kreml rəhbərinin hesablamaları indiyə qədər mükəmməl işləyir.Bu barədə Almaniyanın “Der Spiegel” jurnalı bilgi yayıb.Nəşr iddia edir ki, Rusiya iqtisadiyyatı hərbi istehsalın artımı və sanksiyalara müqavimət göstərən yüksək neft qiymətləri hesabına inkişaf edir. Məqalədə o da qeyd edilib ki, vəziyyəti dəyişmək üçün neftin qiymətini aşağı salmaq, sanksiyaları sərtləşdirmək və hərbi balansı Ukraynanın xeyrinə dəyişmək lazımdır.