PUTİN TÜRKİYƏYƏ NİYƏ SƏFƏR ETMƏLİDİR ?

Yaxın günlərdə Rusiya, Ukrayna, Türkiyə və BMT – nin Humanitar Məsələlər Üzrə Təmas qrupunun toplantısı keçiriləcək. Bu barədə Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu bildirib. BMT – nin Baş Katibinin təklif etdiyi humanitar məsələlər üzrə təmas qrupu, o cümlədən BMT, Türkiyə, Rusiya və Ukrayna yaxın günlərdə texniki səviyyədə görüş keçirməyi planlaşdırır – deyə Çavuşoğlu bildirib. Bu arada Türkiyə və Rusiya nümayəndə heyətləri arasında Türkiyə Ticarət Nazirliyinin binasında görüş keçirilib. Bildirilib ki, Türkiyə nümayəndə heyətinə Ticarət Naziri Mehmet Muş, Rusiya nümayəndə heyətinə isə Baş Nazirin müavini Aleksandır Novak başçılıq edib. Məlumata görə tərəflər iki ölkə arasındakı iqtisadi münasibətləri müzakirə etmək üçün danışıqlar aparıblar.