PUTİN BU ÖLKƏDƏ GƏRGİNLİK YARATDI

İran rejimi daxilində Rusiyaya etibarlılıq məsələsində ciddi fikir ayrılığı var. bu məlumat ABŞ-ın Yaxın Şərq İnstitutunun məqaləsində yer alıb. Məqalədə Qərbin bu fikir

ayrılığından maksimum yararlanaraq fayda götürməyə çalışacağı vurğulanıb: “Rejim daxilindəki sərt xəttin tərəfdarlarının fikrincə, Moskva ilə sıx əlaqələr Qərblə yaxınlaşmağın qarşısını almaq üçün zəmanətdir. Praqmatist qanad isə ABŞ-la danışıqların dərhal bərpasını, eləcə də İranın nüvə müqaviləsini yenidən diriltməyinin tərəfdarıdır. Xameneinin dəstəklədiyi xəttin hakimiyyət daxilində hələ də gücünü saxlaması praqmatistlərin öz niyyətlərini reallığa çevrimələrinin qarşısını alır”. Ekspertlər bildirirlər ki, Tehran rejimi Ukraynadakı müharibəyə öz mövqelərinin gücləndirilməsi imkanı kimi baxır: “Əli Xameneiyə görə, əgər Tehran bu rolu yaxşı oynasa, o zaman Rusiya təhlükəsizlik çətiri genişlənəcək və oraya İran da daxil olacaq. Rusiya da həmçinin İrandakı rejimin çöküşünü istəmir. Moskvaya görə bu baş versə, Qərblə konfliktdə müttəfiqini itirəcək”.