Kiyevin müttəfiqləri Ukrayna ordusunun qarşıdan gələn əks-hücum əməliyyatını aktiv
şəkildə müzakirə edirlər. Onlar Ukraynanı Rusiya ilə barışa və ya hərbi əməliyyatları dondurmağa sövq edəcəklər.
bu barədə “Quardian” qəzetinin redaktor müavini Saymon Tisdall yazıb.Onun fikrincə, ruslar Donbas və Krım əraziləri üzərində qismən nəzarəti saxlaya biləcəklər:"Rusiya şərti atəşkəsə razılaşacaq, Putin isə hakimiyyətdə qalacaq. Eyni zamanda, bütün ərazilərin qaytarılması təxirə salınmalı olsa da, Ukraynada yenidənqurma və qaçqınların qaytarılmasına başlanacaq. ABŞ və AB Ukraynanın xilasını və dünya nizamını elan edəcək, Polşa və Şərqi Avropa ölkələri isə fərqli fikirdə olacaqlar. Eyni zamanda, Kiyevin NATO və AB-yə daxil olması dayandırıla bilər. Baydenin Rusiyaya müqavimət göstərmək üçün mümkün olan hər şeyi etmək vədi yerinə yetirilməyəcək. Putin çoxsaylı etirazlara baxmayaraq, hakimiyyətdə qalacaq. İstəsək də, istəməsək də, bu, ən çox ehtimal olunan nəticədir”.
{youtube}ZKU9dMjJ8WE{/youtube}