“Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Tədbirlər Planına əsasən Quba rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər
Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib. Konfransda Quba, Qusar və Xaçmaz rayon prokurorluqlarının əməkdaşları, hüquq-mühafizə və digər dövlət hakimiyyət orqanlarının nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş və Heydər Əliyev Mərkəzində sərgi ilə tanış olmuşlar. Konfrans başlamazdan öncə Ulu Öndər Heydər Əliyev və Vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad olunub, sonra isə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə Quba rayon prokuroru Namiq Muradov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətləri, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barəsində çıxış edib. Daha sonra Quba Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Tariyel İbrahimov və digərlərinin Ümummilli Liderin dövlətçiliyin qorunması, iqtisadiyyatın inkişafı, prokurorluq orqanlarına qayğısı, gənclər siyasəti, Respublikamıza, xüsusilə Quba rayonuna diqqət və qayğısı barəsində çıxışları dinlənilib. Konfransın sonunda Azərbaycan Respublikası Baş Prokurorluğunun sifarişi ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Böyük şəxsiyyət...üç ştrixdə...” adlı sənədli filmi nümayiş etdirilmişdir.