PROKURORLUQ ORQANLARININ YARANMASINDAN 104 İL ÖTÜR
Baxış sayı: 531
Uzunmüddətli və mürəkkəb bir inkişaf yolu keçən Azərbaycanın milli prokurorluq orqanları yalnız ölkəmiz öz dövlət müstəqilliyini qazandıqdan sonra ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə həyata keçirilən hərtərəfli islahatlar nəticəsində tamamilə yenidən qurularaq, normal fəaliyyəti üçün mütərəqqi normativ-hüquqi bazası, demokratik məzmunlu fəaliyyət prinsipləri və iş metodları olan sivil təsisata çevrilib. Prokurorluq orqanlarına diqqət, qayğı və dəstək bu gün də Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Buna görə də prokurorluq işçiləri üzərinə düşən məsuliyyəti, dövlət başçısının yüksək etimadını dövlətçilik ideyalarına sədaqətlə, xidməti vəzifələrinin icrasına daim vicdanlı münasibət bəsləməklə doğrultmağa çalışırlar.1 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və milli prokurorluğun yaradılmasının 104-cü ildönümü münasibətilə Quba Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Quba Rayon Prokurorluğunun kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri tərəfindən Ulu Öndər Heydər Əliyevin Quba şəhərində adını daşıdığı Mədəniyyət və İstirahət parkındakı abidəsi ziyarət olunmuş, abidə önünə gül dəstələri qoyulmuşdur.Artıq 104 ildir ki, fəaliyyət göstərən Azərbaycan Prokurorluğu bundan sonra da ölkəmizdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiə olunması işinə layiqli töhfəsini verəcək, Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətində ona yardımçı olacaq.