PREZİDENT SUMQAYITDA BİR SIRA AÇILIŞLARDA VƏ TƏMƏLQOYMA MƏRASİMİNDƏ İŞTİRAK EDİB
Baxış sayı: 20
Prezident İlham Əliyev yanvarın 27-də Sumqayıtda olub. Dövlətimizin başçısı əvvəlcə Sumqayıt Sənaye Parkında “Azermirror” MMC-nin güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib. Sonra Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında “Bakı Karton və Qutu Fabriki” MMC-nin karton və qutu taralarının istehsalı müəssisəsinin açılışında iştirak edib. Daha sonra ölkə prezidenti Sumqayıt Sənaye Parkında “Nun” MMC-nin polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoyub.
