PREZİDENT İQAMƏTGAHINA HÜCUM OLDU

Ermənistanda etiraz aksiyaları yenidən başlayıb. Bu dəfə 44 günlük müharibədə itgin düşənlərin valideyinləri İrəvanın Baqramyan prospektində yolu bağlayıblar. Daha

sonra aksiya Prezident iqmətgahının qarşısında keçirilib. Onlar itgin düşən övladlarının müharibədə öldüyünü və soyuducularda saxlanıldığını iddia edirlər. Valideyinlər hökumətin onları aldatdığını bildirirlər. Qeyd edək ki, İkinci Qarabağ müharibəsində Ermənistan tərəfindən 200- dən çox hərbçi itkin düşüb. Lakin Ermənistan hakimiyyəti onların taleyinə hələ də aydınlıq gətirmir.