PREZİDENT İLHAM ƏLİYEVİN MÜNXEN GÖRÜŞLƏRİNİN ƏHƏMİYYƏTİ
Baxış sayı: 363
Prezident İlham Əliyev Fevralın 17-də Münxendə bir sıra görüşlər keçirib. Dövlət başçımızın əvvəlcə Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə, sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə, daha sonra isə Avropa Ravvinləri Konfransının prezidenti Pinhas Qoldşmit və İsrail Dövlətinin müdafiə naziri Yoav Qallant ilə görüşləri olub. Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, Prezident İlham Əliyev 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasında səfərdədir.Ötən gün Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masa keçirilib. Dövlət başçımız tədbirdə iştirak edib.