Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva “Qarabağ” - MOİK oyununu izləmək üçün Xankəndi şəhər stadionuna gəliblər. Prezident İlham Əliyevin Xankəndi
şəhər stadionuna gəlişi böyük coşqu ilə qarşılandı. Əvvəlcə Azərbaycanın Dövlət Himni səslənib.Bundan sonra torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev stadionda ÇIXIŞ edib. Sonra “Qarabağ” - MOİK oyununa Prezident İlham Əliyevin topa ilk toxunuşu ilə start verilib.