PREZİDENT İLHAM ƏLİYEV İDARƏ HEYƏTİNİN ÜZVLƏRİNİ QƏBUL EDİB

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini və idarə heyətinin üzvlərini qəbul edib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri Mərkəzin fəaliyyətinə göstərdiyi diqqətə və dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. 44 günlük Vətən müharibəsi zamanı Mərkəzin İdarə Heyətinin üzvlərinin Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyən çoxsaylı bəyanatlarla çıxış etdikləri qeyd olundu. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq təsisat kimi dünyada rolunun və nüfuzunun artması xüsusi vurğulandı.