PREZİDENT İLHAM ƏLİYEV ŞARL MİŞELLƏ GÖRÜŞÜB

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə iyulun 14-də Belçika Krallığına işgüzar səfərə gedib. Avropa İttifaqı Şurasının mənzil-

qərargahında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dövlətimizin başçısı İlham Əliyevi qarşılayıb. Sonra Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşü olub. Prezident İlham Əliyev işgüzar səfərə dəvətə görə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə minnətdarlığını bildirdi. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində Şarl Mişelin göstərdiyi səylərə görə təşəkkürünü ifadə edən dövlətimizin başçısı Brüssel formatının səmərəli olduğunu vurğuladı. Söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçiriləcək üçtərəfli danışıqlar, həmçinin Ermənistan ilə Azərbaycan arasında sülh danışıqları ilə bağlı fikir mübadiləsi aparıldı.