Son günlər bəzi sosial şəbəkələrdə Talabıqışlaq və digər qonşu kəndlərdə meşələrin qanunsuz qırılması barədə materiallar yayımlanmışdı. Yayımlanmış materiallarla bağlı Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Talabıqışlaq kəndində həmin kəndlərin sakinləri ilə görüş keçirib.
Görüşdə Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon Ağsaqqallar Şurasının sədri, RİH yanında İctimai Şuranın sədri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional İdarəsinin və Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərləri və əməkdaşları, Talabıqışlaq İƏD üzrə kəndlərin sakinləri iştirak ediblər.
Sonra bəzi sosial şəbəkələrdə yayımlanan videomaterialda şikayətçi qismində müsahibə verən kənd sakinləri dinlənildi.