POLŞADA DÜNYANIN ƏN DƏRİN HOVUZU TİKİLİR

Polşada dünyanın ən dərin hovuzu tikilir. Hovuzun dərinliyi 45 metr olacaq. 27 ədəd olimpiya baseyninin suyunu tutacaq hovuzun avqustda istifadəyə veriləcəyi nəzərdə tutulur.

Hovuz dərinə dalma ( dayving ) idman növü ilə məşğul olanlar üçün düşünülüb. Həmçinin dərinlikdə qoruyucu şüşələr arxasında kafe, mehmanxana və konfrans zalları da inşa olunacaq ki, bu da idmançıları seyr etməyə imkan verəcək.