POLŞADA AZƏRBAYCAN MƏHSULLARI TƏQDİM OLUNUB
Baxış sayı: 667
Polşa Respublikasının Birinci xanımı Aqata Korbhauser-Dudanın himayəsi altında “Polşada akkreditə olunmuş Diplomatik Missiya Rəhbərlərinin Xanımları” cəmiyyətinin təşkilatçılığı ilə Polşanın Milli Olimpiya Stadionunda ənənəvi Beynəlxalq Milad Xeyriyyə Bazarı keçirilib. Tədbirdə Polşada akkreditə edilmiş əksər diplomatik nümayəndəliklər, ölkədə fəaliyyət göstərən xeyriyyə cəmiyyətləri, fərdi sahibkarlar iştirak ediblər.